"Bunları 1-2 həftəyə həll etmək mümkün deyil" - Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Tallində Estoniya yığmasına 1:3 hesabla uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, o, deyib: “Komandamız oyuna yaxşı başladı. İlk 35 dəqiqədə kompakt çıxış etdik.

Rəqib futbolçuların zərbə vurmaq şansları olmurdu. İlk qolu buraxandan sonra hesabı bərabərləşdirsək də, əlavə olunmuş dəqiqələrdə yenidən qapımızda qol gördük. Fasilədə qeyd etdim ki, ilk 35 dəqiqədəki kimi çıxış etməliyik. Estoniya yığması ağıllı komandadır, müdafiəyə çəkildi və əks-hücumdan oynamağa başladı.

Şanslarımızdan yararlana bilmədik. Normal vəziyyətdə birinci hissəni 2:0 hesabı ilə öndə tamamlamalı idik. 4-5 real qol imkanımız oldu. Futbol belədir. Əgər topu qapıdan keçirə bilmirsənsə, rəqib bundan yararlanır. İsveçlə matçımız da belə keçmişdi. Yaratdığımız şansları qola çevirməliyik. Çatışmazlıqların üzərində işləməliyik. Bunları 1-2 həftəyə həll etmək mümkün deyil. Vaxt lazımdır”.

70 yaşlı portuqaliyalı mütəxəssis bundan sonra da hücum futbolu oynatmaq barədə düşünəcəyini söyləyib: “Hər dəfə taktikada dəyişiklik etmək çətin olur. Bu gün 3-4-3 sxemində oynadıq. Bunu dəyişmək yox, təkmilləşdirmək istəyirəm. Ümumiyyətlə, komandamın hücum futbolu oynamasını istəyirəm”.

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 14-də, Bakıda Slovakiya yığmasına qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Masallıda antik dövrə aid küp məzarı tapıldı – FOTO

Masallıda antik dövrə aid küp məzarı tapıldı – FOTO

Sentyabrın 24-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sentyabrın 24-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

“Neftçi” bu futbolçunun transferini YEKUNLAŞDIRDI

“Neftçi” bu futbolçunun transferini YEKUNLAŞDIRDI

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Bu ölkənin paytaxtı DƏYİŞİR

Bu ölkənin paytaxtı DƏYİŞİR

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Uşaq Avroviziya müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı AÇIQLANDI

Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Su qəzalarında ARTIM – Ən çox problemlər hansı rayonlardadır?

Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO

Xankəndidə Türkiyə ilə Azərbaycan arasında tarixi protokol imzalandı – FOTO

End of content

No more pages to load

RADİO