Azərbaycanda vergi ödəyicilərinin sayı 6 faizə yaxın artıb

Cari ilin oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 576 min 898 vergiödəyicisinin 87,1 faizi fiziki şəxslər, 12,9 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,6 faiz, hüquqi şəxslərin sayı isə 7,3 faiz artıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı 8 faiz artaraq 186 min 247 vahid təşkil edib.

Yanvar-sentyabr ayları ərzində 10 min 194 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 8378-i (82,2 faizi) elektron qaydada, onların isə 1557-si finkod+mobil üsulla, 6794-ü “ASAN İmza”, 27-si isə SİMA rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib. Həmin dövr ərzində dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.

Bu ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı əvvəlki ilik müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin xronikası: 7 noyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 7 noyabr –VİDEO

BİZİM TƏQVİM:7 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:7 noyabrda baş vermiş tarixi hadisələr

Zaur Nəbioğlu müflis oldu

Zaur Nəbioğlu müflis oldu

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri Türkiyə Respublikasının Vitse-prezidenti ilə görüşüb

"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"

"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"

Viruslar ürək əməliyyatı riskini ARTIRIR

Viruslar ürək əməliyyatı riskini ARTIRIR

Gitara ifaçısının ölümünə Bəturə ilə sevgili olması səbəb olub? - VİDEO

Gitara ifaçısının ölümünə Bəturə ilə sevgili olması səbəb olub? - VİDEO

Murad Musayev Rusiyada ƏN YAXŞI seçildi

Murad Musayev Rusiyada ƏN YAXŞI seçildi

Əhməd Əş-Şaraa BMT-nin sanksiya siyahılarından ÇIXARILDI

Əhməd Əş-Şaraa BMT-nin sanksiya siyahılarından ÇIXARILDI

Bürclərin ən əzazil qayınanaları: Onlarla yaşamaq ÇOX ÇƏTİNDİR

Bürclərin ən əzazil qayınanaları: Onlarla yaşamaq ÇOX ÇƏTİNDİR

Suriya TƏKZİB ETDİ: ABŞ qoşunları Dəməşqə yerləşdirilməyib

Suriya TƏKZİB ETDİ: ABŞ qoşunları Dəməşqə yerləşdirilməyib

Haalandın bombardirlər arasında da rekordu var

Haalandın bombardirlər arasında da rekordu var

“Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

“Bu reytinqi kim ölçür, onu necə hesablayırlar?” - VİDEO

İsveç aeroportu dron hücumuna görə BAĞLANDI

İsveç aeroportu dron hücumuna görə BAĞLANDI

Xırdalan dairəsi ətrafında olan xaotik vəziyyət tarixə qovuşur - VİDEO

Xırdalan dairəsi ətrafında olan xaotik vəziyyət tarixə qovuşur - VİDEO

Aysundan ETİRAF: “Bir də ərə getsəm…” - VİDEO

Aysundan ETİRAF: “Bir də ərə getsəm…” - VİDEO

"Real”ın futbolçusu sıradan çıxdı

"Real”ın futbolçusu sıradan çıxdı

Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

Uitkoff: “İlham Əliyevin bu cavabı liderliyin heyrətamiz nümunəsi idi” - VİDEO

“Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

“Əjdaha meyvəsi” haqqında BİLMƏDİKLƏRİMİZ: Faydaları, kimlərə olmaz

Mənzurə avtomobil qəzasına düşdü - VİDEO

Mənzurə avtomobil qəzasına düşdü - VİDEO

Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir - FOTO

Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir - FOTO

Brilliant Dadaşovadan ŞOK İDDİA: “Əri Səidənin qabırğasını sındırıb” - VİDEO

Brilliant Dadaşovadan ŞOK İDDİA: “Əri Səidənin qabırğasını sındırıb” - VİDEO

Trampın keçirdiyi brifinqdə şirkət rəhbəri huşunu itirdi - VİDEO

Trampın keçirdiyi brifinqdə şirkət rəhbəri huşunu itirdi - VİDEO

Fransa millisi Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Fransa millisi Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

End of content

No more pages to load

RADİO