İran hökuməti polisləri elektroşok silahları ilə təchiz edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İranın polis komandanlığının rəis müavini Qasem Rezayi məlumat verib.
O qeyd edib ki, xüsusi təyinatlı polislərin elektroşok silahları ilə təmin edilməsi prioritetdir: "Biz bu silahların tədarükü və istehsalı prosesindəyik, eyni zamanda qüvvələrimizi təchiz etməkdəyik!"
Rezayi bunu “asayişin və təhlükəsizliyin təmin edilməsi” üçün və “standartlaşdırma”ya uyğun olaraq vacib olduğunu bildirərək deyib: “Bu avadanlıq cinayət yerinin idarə olunmasında çox effektivdir və cinayətkarlarla, xüsusən də "quldurlarla" mübarizədə polisə kömək edə bilər".
Bizim.Media