“Mançester Siti”nin yeni idman direktorunun kimliyi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İngiltərə klubunun yeni idman direktoru Uqo Viana olacaq.
Hazırda portuqaliyalı mütəxəssis “Sportinq” klubunda çalışır. Bildirilir ki, o, “şəhərlilər”dəki fəaliyyətinə 2025-ci ildən başlayacaq.
Qeyd edək ki, “Mançester Siti”nin hazırkı idman direktoru Çiki Begiristayn 2025-ci ildə öz vəzifəsini tərk edəcək.
Bizim.Media