"Abşeron" basketbol klubu növbəti yoxlama oyununu keçirib.
Bizim.Media xəbər verir ki, komanda "Gəncə" ilə qarşılaşıb. Bakı idman sarayında keçirilən görüşdə "Abşeron" qalib gəlib.
Qarşılaşma 79:69 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Abşeron" ilk yoxlama matçında "Naxçıvan"a 84:82 hesabı ilə qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media