Fernandu Santuş: “Get-gedə daha yaxşı olacağıq”

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində səfərdə Estoniyanın qonağı olacaq. 

Bizim.Media xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məşqçi kimi bir çox uğurlar qazanmısız. Sizi nə motivasiya edir?

- Həm futbolçu, həm də məşqçi karyeram olub. Xeyli müddətdir ki, bu işlə məşğulam. AFFA prezidenti ilə əlaqə saxladım. Daha sonra Azərbaycanda futbola nə qədər maraq olduğunu gördüm. Əsas məqsədim ölkədə futbolun inkişafına dəstək olmaq və Azərbaycanı yaxşı yerlərə qaldırmaqdır.

- Hər iki komanda ilk oyunlarda uduzub. Sabahkı matçdan gözləntiləriniz nədir?

- Estoniya millisinin bundan əvvəlki iki oyununa baxmışam. Həmçinin, ötən il keçirilən Azərbaycan - Estoniya matçını da izləmişəm. Slovakiya ilə görüşün ikinci hissəsini çox yaxşı keçirdilər. Futbol belə oyundur, qol vuran qələbə qazanır. Biz də hücumda oynamağa üstünlük veririk. Sabah da çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək.

- Sabah millimiz penalti vurmalı olsa, bu işi kimə tapşıracaqsız?

- Kimin vuracağını bilirəm. Amma bunu indi deməyəcəm.

- Estoniya millisi fiziki cəhətdən güclüdür. Həmçinin, onlar standart vəziyyətlərdə təhlükəlidir. Sabah millimiz fiziki cəhətdən tab gətirə biləcək? Standar vəziyyətlərlə bağlı çalışmanız olub?

- Mənim üçün vacib olan öz komandamdır. Qeyd etdiyim kimi, rəqibin oyunlarına baxmışıq. Görmüşün ki, onlar standart vəziyyətlərdə təhlükəlidir. Hücumda və müdafiədə öz mövqelərimizi bilirik. Komandam bununla bağlı məlumatlıdır. Futbolçularım əllərdindən gələnin ən yaxşısını etməyə çalışacaqlar.

- Milli komandanın lideri Emin Mahmudov klubunda problem yaşayır, son üç matçda oynamayıb. Onun psixoloji durumu yerində deyil. Amma Emin milli üçün vacib fiqurdur. Onu yenidən qazanmaq üçün söhbət etmisiz?

- Ciddi bir problem hiss etməmişəm. Əhval-runiyyəsi yaxşıdır, heç bir psixoloji problemi yoxdur. Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır. Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın. Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdır. Emin yaxşı vəziyyətdədir, özünü yaxşı hiss edir. Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar.

- Emin Mahmudov start heyətdə yer almasa, komandanın kapitanı kim olacaq?

- Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm sizin işiniz budur. Amma siz də məni başa düşün.

- Taktika cəhətdən rəqibə hansısa sürpriz hazırlamısız, yoxsa həmişəki oyununuzu oynayacaqsız?

- Öz fəlsəfəm var, komandaya bununla bağlı məlumat verilib. Müxtəlif taktikalarda oynaya bilərik. Heç bir sürpriz yoxdur. Ən əsası odur ki, oyunda dinamika olsun. Komanda olaraq addım-addım nəyəsə can atmağa çalışırıq. Get-gedə daha yaxşı olacağıq. Haradansa oyunçu gətirə biliriksə, hansısa mövqeni gücləndirə bilərik. Amma kimisə gətirə bilmərik. Azərbaycanda hansı futbolçular varsa, onlarla işləməliyik. Bu oyunçuları daha irəliyə aparmalıyıq. Bunun üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.

- Estoniya ilə matç Azərbaycan milli komandasının əsl gücünü bilmək üçün yetərlidir?

- Deməzdim ki, Estoniya millisi zəifdir. İlk oyunda 5 santimetrlik ofsayddan qol buraxdılar. Düşünürəm ki, rəqib hücumda oynayacaq. Amma futbolçularıma demişəm ki, çəkinməyin, qorxmayın. Hansı komandanın güclü və ya zəif olması barədə düşünmürəm. Mənim üçün bir yol var. Bu yolla getməliyik. Bu gün Estoniya ilə oynayırıq, sabah Portuqaliya ilə oynaya bilərik. Hansısa komandadan çəkinib müdafiədə oynamaq və ya hansısa komandadan üstün olub hücumda oynamaq kimi bir şey yoxdur. Yalnız bir düşüncə tərzi ilə getmək lazımdır. Mənim əsas məqsədim Azərbaycan milli komandası üçün bir yol qoymaqdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Ukrayna PUA-ları Moskvanı vura bilmədi

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Qəbələdəki qəzanın anbaan görüntüləri - Video

Qəbələdəki qəzanın anbaan görüntüləri - Video

Masallıda antik dövrə aid küp məzarı tapıldı – FOTO

Masallıda antik dövrə aid küp məzarı tapıldı – FOTO

Sentyabrın 24-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sentyabrın 24-də qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

“Neftçi” bu futbolçunun transferini YEKUNLAŞDIRDI

“Neftçi” bu futbolçunun transferini YEKUNLAŞDIRDI

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

Azərbaycan vətəndaşı Gürcüstanda həbs edildi

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

78 yaşlı Hicrət nənə: "Tələbə olacağımı eşidəndə çox sevindim" – VİDEO

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Fransa və Almaniya müharibə hazırlıqlarına BAŞLADI – Rusiya-Avropa müharibəsi ALOVLANIR

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Şahin Mustafayev Təbrizə GETDİ – FOTO

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs edildi

Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Millimizin üzvü oynadı, komandası MƏĞLUB OLDU

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

Qrip zamanı spirtli içkilərin orqanizmə mənfi təsiri AÇIQLANDI

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Sürücülərin DİQQƏTİNƏ – Bakıda hansı yollar pullu OLACAQ?

Bu ölkənin paytaxtı DƏYİŞİR

Bu ölkənin paytaxtı DƏYİŞİR

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Xəyyam Əhmədlinin anası vəfat etdi – VİDEO

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Şavkat Mirziyoyevdən Nyu-Yorkda 8,5 milyard dollarlıq TARİXİ MÜQAVİLƏ

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Ay və Marsdan gətirilən torpağa çay əkdilər – HANSINDA MÜMKÜN OLDU?

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Daha bir cüdoçumuzun gözləri görürmüş - Avropa çempionatına buraxılmadı

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

End of content

No more pages to load

RADİO