“Fənərbağça” “Real”ın futbolçusu Arda Güləri heyətinə qatmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İstanbul təmsilçisi 19 yaşlı türkiyəli futbolçunun İspaniya klubundakı vəziyyətini izləyir. “Fənərbağça” Güləri icarə əsasında heyətinə cəlb etmək istəyir.
Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real”ın heyətində 10 oyuna çıxıb. O, Madrid təmsilçisinə 2023-cü ildə “Fənərbağça”dan 20 milyon avroya transfer olmuşdu.
Bizim.Media