Braziliya millisinin və "Liverpul"un qapıçısı Alisson Beker 2 ay yaşıl meydanlardan uzaqda qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Qolkiper noyabrdan tez meydana qayıda bilməyəcək. 32 yaşlı futbolçu Premyer Liqanın 7-ci turunda "Kristal Pelas"la matçda (1:0) sıradan çıxmışdı.
Alisson İngiltərə çempionatında "Liverpul"un "Çelsi", "Arsenal", "Brayton" və "Aston Villa"ya qarşı matçlarını, eləcə də Çempionlar Liqasında "Leyptsiq" və "Bayer"lə görüşlərini buraxacaq.
Bizim.Media