"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını Almaniyada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Bavariya" türk futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı mətbuatı məlumat yayıb.
Bundesliqa nəhəngi yayda heyətinə qata bilmədiyi 30 yaşlı orta xətt oyunçusu üçün yenidən cəhd edəcək. Almanlar bu dəfə daha yüksək məbləğlə müraciət edəcək.
"İnter" Hakan üçün gələn təklifləri dəyərləndirməyə hazırdır. Milan təmsilçisi təcrübəli yarımmüdafiəçiyə 50 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "Milan"da çıxış edir. Türkiyə millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media