Bakının Xətai rayonu Ramiz Quliyev küçəsində təkər tullantıları toplanmış qarajda qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun "112" qaynar xəttinə ilkin məlumata əsasən təkər tullantıları toplanmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.
Qeyd edək ki, yanğının baş verdiyi qarajın yaxınlığında Respublika Neyrocərrahiyyə Xəstəxanası, yanacaqdoldurma məntəqəsi və yaşayış binası var.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media