Cəlilabadda avtomobil körpüdən çaya düşüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə bir neçə nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.





Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu