"Yəqin ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar zamanı Zəngəzur dəhlizi məsələsi müzakirə olunub".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Putin onların hər biri ilə ayrı-ayrılıqda danışıb və fikir mübadiləsi aparıb. Təbii ki, Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, - deyə Peskov çərşənbə axşamı jurnalistlərə bildirib.
Bizim.Media