Xorvatiyada minifutbol üzrə gənclər (U-23) arasında dünya çempionatı keçirilir.
Bizim.Media xəbər verir ki, ikinci turda Azərbaycan yığması Hindistanla qarşılaşacaq.
Qarşılaşma saat 18:45-də başlayacaq. Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv yetirmələri ilk turda Serbiyaya (1:5), Hindistan isə Çexiyaya (1:26) uduzub.
Qeyd edək ki, millimiz sabah Çexiya ilə üz-üzə gələcək (14:00).
Bizim.Media