Bundesliqanın son turunda “Ayntraxt”la matçda xəsarət alan “Bavariya”nın hücumçusu Harri Keynin durumuna aydınlıq gəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, ingilis forvardın zədəsi ciddi deyil. Bu səbəbdən də o, qarşıdakı matçlarda İngiltərə milli komandasına kömək edə biləcək.
Xatırladaq ki, Millətlər Liqasının üçüncü turu çərçivəsində İngiltərə millisi oktyabrın 10-da öz meydanında Yunanıstanı qəbul edəcək. 3 gün sonra isə ingilislər dördüncü turda səfərdə Finlandiya ilə üz-üzə gələcəklər.
Bizim.Media