Müdafiə nazirinin müavini təyin edilən Namiq İslamzadə KİMDİR - DOSYE

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

Bizim.Media Namiq İslamzadənin dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Namiq İslamzadə müdafiə nazirinin müavini TƏYİN EDİLDİ


N. İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıdaraq, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək məqsədilə Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.

N.İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir.

Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilib.

2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət edib və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub. 2024-cü il oktyabr ayının 7-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.

24 iyun 2024-cü ildə general-leytenant ali hərbi rütbəsini alıb.

O, 2005-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2008-ci ildə "Azərbaycan Bayrağı" ordeni, 2020-ci ildə "Vətən uğrunda" medalı ilə təltif olunub, 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Həmçinin Azərbaycan Respublikasının Füzuli və Xocavəndin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

N. İslamzadə İngilis və rus dillərini bilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

Britaniya Ukrayna üçün ballistik raket hazırlayacaq?

Britaniya Ukrayna üçün ballistik raket hazırlayacaq?

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

Ərdoğan nəvələrinin sayını açıqladı: "...sayımızı artırmalıyıq"

İranda matəm elan edildi

İranda matəm elan edildi

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

İranda ölənlərin sayı 500-ü keçdi: Etirazçılar geri çəkilmir - VİDEO

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

CNN sızdırdı: İrana dair Trampın ŞOK PLANI

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

İstanbul aeroportlarında 78 uçuş ləğv olundu

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Oğuz qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakıda tıxac problemi necə həll ediləcək?

Bakıda tıxac problemi necə həll ediləcək?

Tehran hazırda - ANBAAN VİDEO

Tehran hazırda - ANBAAN VİDEO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

Kaya Kallas postundan uzaqlaşdırılmalıdır - FİTSO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

ABŞ-lı analitikdən diqqətçəkən paylaşım - FOTO

İcra başçısına ağır itki - FOTO

İcra başçısına ağır itki - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

“Çoxmillətli İrana başqa bir fars diktatoru zorla qəbul etdirməyin” - FOTO

İranda 38 polis öldürülüb - VİDEO

İranda 38 polis öldürülüb - VİDEO

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Moskvada yağan son qar 146 ilin ən güclü beş qar yağışından biri olub

Məşhur müğənni 34 yaşında vəfat etdi

Məşhur müğənni 34 yaşında vəfat etdi

Larisa Dolina evindən çıxarılacaq? - SƏBƏB

Larisa Dolina evindən çıxarılacaq? - SƏBƏB

İstanbul Hava Limanında 54 reys ləğv edildi

İstanbul Hava Limanında 54 reys ləğv edildi

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: 1 ölü, 10 yaralı var - FOTO

İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: 1 ölü, 10 yaralı var - FOTO

Sabah İstanbul məktəblərində dərs olmayacaq - SƏBƏB

Sabah İstanbul məktəblərində dərs olmayacaq - SƏBƏB

End of content

No more pages to load

RADİO