"Neftçi"dən ayrıldıqdan sonra bir müddətdir klubsuz qalan Ataa Caber Azərbaycana qayıdası olmayıb.
Bizim.Media xəbər verir ki, "Araz-Naxçıvan"a keçidi gündəmdə olsa da, fələstinli futbolçu sonda Naxçıvan klubuna ailə məsələlərinə görə Azərbaycana qayıtmayacağını bildirib.
Dünən isə Caber özünə yeni komanda tapıb. Belə ki, “Neftçi”də oynamış yarımmüdafiəçi Qətərdə çıxış edəcək. O, bu ölkənin elə “Qətər” klubu ilə anlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media