Azərbaycan millisinin üzvü Coşqun Diniyev formasını geyindiyi "Bandırmaspor" Türkiyə birinci liqasında 8-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, komanda "Ümraniyespor"un qonağı olub.
Bildirilib ki, görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Coşqun Diniyev bu oyuna start heyətdə çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Bansırmaspor" turnir cədvəlində 12 xalla 8-ci yerdədir.
Bizim.Media