Türkiyədə azyaşlı uşaqlar etiraz nümayişi keçiriblər.
Bizim.Media xəbər verir ki, ölkənin Siirt bölgəsinin Tillo rayonunun Hatrant kəndində bir qrup azyaşlı yaşadıqları ərazidə park salınması ilə bağlı istəklərini “mitinq” keçirərək bildiriblər.
Onlar əllərində “park istəyirik” yazılı kağızlarla, “Kəndimizdə park istəyirik” şüarı ilə kənd ərazisində etiraz aksiyası təşkil ediblər.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media