Honq-Konqda 91 yerli sakin streptokok infeksiyasına yoluxub.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyənin Mühafizəsi Mərkəzi məlumat yayıb.
Xəstəliyə yoluxmuş vətəndaşlarda ST283 ştammı aşkar edilib.
Tədqiqat göstərib ki, xəstələrin əksəriyyəti (75 nəfər) infeksiya simptomlarının başlamasından qısa müddət əvvəl çiy şirin su balığı ilə təmasda olub.
İnfeksiya nəticəsində 4 nəfər ölüb. 40 xəstə xəstəxanadan buraxılıb. Daha 43 nəfərin vəziyyəti stabil, qalan 4 nəfərin vəziyyəti isə ağırdır.
Bundan əvvəl Rusiyanın əməkdar həkimi, Domodedovo xəstəxanasının baş həkimi Andrey Osipov Marburq virusu ilə bağlı vəziyyəti şərh etmişdi.
Bizim.Media