Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb.  

Bizim.Media xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan nazir iki qardaş ölkə arasında münasibətlərin xüsusi önəm daşıdığını və müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyini qeyd edib.

Fərid Əhmədov vurğulayıb ki, hüquqi sahədə də əməkdaşlığımız daim genişlənir və inkişaf edir.

Bu ilin may ayında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış birgə bəyanatın icrası istiqamətində görülən işlərə toxunan nazir bildirib ki, artıq probasiya sistemi, eləcə də cəzaçəkmə müəssisələrində tibb xidmətinin təşkili sahəsində əməkdaşlıq uğurla həyata keçirilir və bu istiqamətlərdə konkret nəticələr əldə edilib.  

Azərbaycanda olmaqdan məmnun olduğunu bildirən Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə iki qardaş ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını bildirib.

Ölkələr arasında ədliyyə sahəsində, eləcə də ədliyyə akademiyaları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs edən türkiyəli nazir əlaqələrin daha da gücləndirilməsinin və təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb. 

Görüşdə hüquqi yardımla əlaqədar sorğuların daha çevik şəkildə göndərilməsini təmin etmək məqsədilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq, ekstradisiya və məhkumların verilməsi üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. 
 

Görüşün sonunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında probasiya və penitensiar sahədə potensialın gücləndirilməsi və əməkdaşlar üçün qarşılıqlı təlimlərin təşkili sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 


Qeyd edək ki, ölkələr arasında hüquqi sahədə ikitərəfli əməkdaşlıqla yanaşı beynəlxalq təşkilatlar, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlıq həyata keçirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan Trampla telefonda nəyi MÜZAKİRƏ ETDİ?

Ərdoğan Trampla telefonda nəyi MÜZAKİRƏ ETDİ?

Saatlıda sürücü həbs edildi - SƏBƏB

Saatlıda sürücü həbs edildi - SƏBƏB

33 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

33 yaşlı kişi dəm qazından VƏFAT ETDİ

Zelenski ABŞ-da lobbiçiliklə məşğul olan müşavirini vəzifəsindən azad etdi

Zelenski ABŞ-da lobbiçiliklə məşğul olan müşavirini vəzifəsindən azad etdi

Bakı Metropoliteninin departament rəhbəri vəzifəsindən azad edildi: YENİ TƏYİNAT

Bakı Metropoliteninin departament rəhbəri vəzifəsindən azad edildi: YENİ TƏYİNAT

Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt Frankfurt"u sınağa çəkəcək

Çempionlar Liqası: "Qarabağ" bu gün "Ayntraxt Frankfurt"u sınağa çəkəcək

Tramp: “Əminəm ki, Qrenlandiya xalqı çox sevinəcək”

Tramp: “Əminəm ki, Qrenlandiya xalqı çox sevinəcək”

İlham Əliyev: “Biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq”

İlham Əliyev: “Biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq”

Yüksək vəzifə alacaq bürclər - Bəxtləri açıldı

Yüksək vəzifə alacaq bürclər - Bəxtləri açıldı

Ağsu dolaylarını buz bağladı – FOTO

Ağsu dolaylarını buz bağladı – FOTO

Azərbaycanda zəlzələ BAŞ VERDİ

Azərbaycanda zəlzələ BAŞ VERDİ

Prezident: Hər il Azərbaycanda xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı keçiriləcək

Prezident: Hər il Azərbaycanda xizəkçilik üzrə ya Dünya, ya da Avropa çempionatı keçiriləcək

Nəhəng brend rəsmən bazardan çəkildi - Artıq telefon istehsal etməyəcəklər

Nəhəng brend rəsmən bazardan çəkildi - Artıq telefon istehsal etməyəcəklər

Prezident:"Biz istər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik"

Prezident:"Biz istər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik"

Tramp Davosa yola düşdü

Tramp Davosa yola düşdü

İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı TƏDBİRDƏ – FOTO

İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı TƏDBİRDƏ – FOTO

Trampdan Ermənistan–Azərbaycan danışıqları barədə: Bu, böyük bir sülh oldu

Trampdan Ermənistan–Azərbaycan danışıqları barədə: Bu, böyük bir sülh oldu

Çempionlar Liqası: “Real Madrid” “Monako”nu darmadağın etdi - VİDEO

Çempionlar Liqası: “Real Madrid” “Monako”nu darmadağın etdi - VİDEO

XƏBƏRDARLIQ: Aeroport şosesində yolu buz bağlayıb – FOTO

XƏBƏRDARLIQ: Aeroport şosesində yolu buz bağlayıb – FOTO

Xankəndi şəhərinə İLK KÖÇ – FOTO

Xankəndi şəhərinə İLK KÖÇ – FOTO

ÇL tarixində ən gənc heyətlə meydana çıxdılar

ÇL tarixində ən gənc heyətlə meydana çıxdılar

Səhhətinə görə səhnədən UZAQLAŞDI

Səhhətinə görə səhnədən UZAQLAŞDI

Sumqayıtda keçmiş məhkum müəmmalı şəkildə öldü

Sumqayıtda keçmiş məhkum müəmmalı şəkildə öldü

"Aston Villa"nın futbolçusu mövsümü BAŞA VURDU

"Aston Villa"nın futbolçusu mövsümü BAŞA VURDU

End of content

No more pages to load

RADİO