Ayətullah Xamenei İranın Livana hücumlarına görə İsrailə cavabını “minimal cəza” adlandırıb.
Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, bu fikirləri İranın Ali Lideri Ayətullah Əli Xamenei bu gün cümə xütbəsindən sonra verdiyi açıqlamada səsləndirib.
O qeyd edib ki, Tehran yeni qərarlar qəbul edərkən “nə tərəddüd etməyəcək, nə də tələsməyəcək”.
Qeyd edək ki, İran oktyabrın 1-i axşam saatlarında İsrailə raket hücumu reallaşdırıb. Hücum zamanı İsrailə 180 raketin atıldığı və onların əksəriyyətinin zərərsizləşdirildiyi bildirilir.
Bizim.Media