Türkiyəli aktyor Sarp Akkaya ata olub.
Bizim.Media xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Sinem Yalçınkaya İnstaqram səhifəsində məlumat verib.
O, körpənin əlinin göründüyü foto paylaşaraq "keçən həftə bu gün, bu dəqiqələr" deyə qeyd yazıb.
Oğlu olan cütlük körpəyə Kaan adını verib.
Qeyd edək ki, S.Akkaya ilə S.Yalçınkaya 2017-ci ildə ailə həyatı qurub.
Bizim.Media