Hakimlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında SEÇİLƏCƏK

Hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Başqa sözlə, hazırda qüvvədə olan qanuna əsasən, Hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Namizədlərin seçilməsi üçün bu imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir. İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiya cəlb edə bilər. İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi tədris müəssisəsində təşkil edilir. Təlim mərhələsinə keçirilmiş hakim vəzifəsinə namizədlərin iş yerləri və orta əməkhaqları saxlanılır.

Təlim mərhələsinə keçirilmiş işləməyən namizədlərin maddi təminatını Məhkəmə-Hüquq Şurası həyata keçirir. Maddi təminatın məbləği Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir və dövlət büdcəsindən Şuraya ayrılmış vəsait hesabına ödənilir. Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədris müəssisəsi tərəfindən təqdim olunmuş tədrisin nəticələri və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibəsinin əsasında həyata keçirilir. Namizədlərin qiymətləndirilməsi bal sistemi ilə aparılır. Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun sıralanırlar.

Namizədlərin qiymətləndirməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunur.

Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir. Tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış namizədlər ədliyyə orqanlarına inzibati vəzifəyə və ya prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə götürülə, hakim vakansiyası yarandıqda isə hakim vəzifəsinə təyin edilə bilərlər. Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanda iştirak edə bilməzlər.

Layihəyə əsasən, hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcəklər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil olunacaq. İmtahanlar və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndiriləcək. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər. Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayacaq. Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verəcək. Qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyindən valideynlərə daha bir MÜRACİƏT

Müdafiə Nazirliyindən valideynlərə daha bir MÜRACİƏT

Universitet müəllimi dünyasını dəyişdi

Universitet müəllimi dünyasını dəyişdi

“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

“Polşanın ağılsız qərarı Avropaya zərbədir” - Belaruslu deputatdan EKSKLÜZİV AÇIQLAMA

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 38 % artıb

Salatın Əsgərovanın oğlu Reabilitasiya Mərkəzinə yerləşdirildi - VİDEO

Salatın Əsgərovanın oğlu Reabilitasiya Mərkəzinə yerləşdirildi - VİDEO

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

Pakistanda hərbi konvoya hücum - 12 ÖLÜ

“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi

“Ulduz” filminin Bəxtiyarı VƏFAT etdi

Yol polisi gücləndirilmiş rejimə KEÇDİ

Yol polisi gücləndirilmiş rejimə KEÇDİ

Bazar günü hava necə OLACAQ?

Bazar günü hava necə OLACAQ?

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Ağdamda 14 yaşlı yeniyetmə dəhşətli QƏZA törətdi – Sinif yoldaşı həyatını itirdi - FOTOLAR

Bu gün sizi nə GÖZLƏYİR? - BÜRCLƏR

Bu gün sizi nə GÖZLƏYİR? - BÜRCLƏR

"Avroviziya 2026" ləğv edilir?

"Avroviziya 2026" ləğv edilir?

Qubada BİABIRÇILIQ - 35 yaşlı kişiyə ərə verilən 15 yaşlı qızın TOYU dayandırıldı

Qubada BİABIRÇILIQ - 35 yaşlı kişiyə ərə verilən 15 yaşlı qızın TOYU dayandırıldı

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Gənclər niyə BƏDBƏXTDİR?

Gənclər niyə BƏDBƏXTDİR?

Bu rayonlara QAR yağdı – İşıq KƏSİLDİ-VİDEO

Bu rayonlara QAR yağdı – İşıq KƏSİLDİ-VİDEO

Azərbaycan Türkiyədən aldığı geyimə görə nə qədər pul XƏRCLƏYİR?

Azərbaycan Türkiyədən aldığı geyimə görə nə qədər pul XƏRCLƏYİR?

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı yola salınıb - FOTO

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Yol polisindən XƏBƏRDARLIQ - Azyaşlılar sükan arxasına keçməsin!

Yol polisindən XƏBƏRDARLIQ - Azyaşlılar sükan arxasına keçməsin!

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Marsda həyat izləri tapılıb? - NASA alimləri çox nikbin danışır

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO