Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü gününə yekun vurulub - FOTO

Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) üçüncü gününə yekun vurulub.

Bizim.Media xəbər verir ki, tədbirin üçüncü gününün açılışında çıxış edən COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai yaşıl iqtisadiyyata təkcə iqtisadiyyatın deyil, insan kapitalının da keçidinin baş verməli olduğunu bildirib.

Qeyd olunub ki, bərpaolunan enerji sahəsi təcrübə və bilik tələb edir. Onun sözlərinə görə, dayanıqlı ekologiya, yaşıl nəqliyyat sahələrinin hər birində insan kapitalının inkişafı vacibdir.

“Səriştələrin artırılması, təlimlərin təşkili üçün investisiyalar ayrılmalı, yatırımlar etməliyik. Bunu həyata keçirərkən hökumətlər, təhsil müəssisələri birlikdə əməkdaşlıq etməlidirlər ki, həm cari, həm də gələcək nəsillərin yaşıl iqtisadiyyat yönündəki tələblərini qarşılamaq mümkün olsun. Çalışmalıyıq ki, planetimiz və qlobal icma nəinki təhlükəsiz olsun, həm də gələcəkdə inkişaf etsin.

Bu baxımdan iqlim davamlılığına qarşı Bakı Təşəbbüsü çərçivəsində bir çox fəaliyyətlər, o cümlədən hamı üçün “sıfır tullantı” və “yaşıl gələcək” sahəsində vacib işlər planlaşdırılır. Həmin işlərin həyata keçirilməsi üçün insanların, xüsusilə də gənclərin bilikləri, dünya görüşü və bu sahədəki təsirlərini artırmağa çalışmaq lazımdır. İnsan kapitalı bəşəriyyətin, planetin gələcəyi üçün COP29 Sədrliyi tərəfindən vacib vurğulanan prioritetlərdən biridir”, - deyə Nigar Arpadarai qeyd edib.
 

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaşıl iqtisadiyyata keçid dövründə vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsinin insan kapitalının inkişafı kontekstində dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da böyük əhəmiyyət kəsb etdiyini bildirib.


“Müasir dövrdə insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir. Beynəlxalq təşkilatlar tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə əksər inkişaf etmiş ölkələrdə milli sərvət strukturunda nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Bu, özünü iqtisadiyyatda orta hesabla hər ölkənin ümumi sərvətinin 16 faizini təşkil edən fiziki kapitaldan ümumi sərvətin 64 faizini təşkil edən insan kapitalına yönəlməsi kimi göstərir.

Eyni zamanda, sosial müdafiə sistemi insan kapitalının inkişaf meyillərini dəstəkləməyə hazır olmalıdır. Azərbaycan regional və qlobal səviyyədə mürəkkəb siyasi iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq, əhalinin sosial rifahının yüksəldilməsini ən əsas fəaliyyət olaraq müəyyən edib. 2018-ci ildən sonrakı dövrdə 4 milyon vətəndaşımızı əhatə edən, ümumi dəyəri 7 milyard manatdan artıq olan böyük sosial islahat paketləri həyata keçirilib. Həmin istiqamətdə yönəldilən illik maliyyə vəsaiti 4 milyard dollardan artıq olub. Prezident İlham Əliyevin son dövrlərdə verdiyi bəyanatlarda vurğuladığı kimi, sosialyönümlü siyasət davam edəcək.

Növbəti ilin əvvəlində Azərbaycanda həm minimum əməkhaqqının, həm də minimum pensiyanın artırılmasına dair tapşırıqlar verilib. Növbəti ilin dövlət büdcəsində də həmin artımlar üçün müvafiq vəsait nəzərdə tutulacaq", - deyə nazir bildirib.

Daha sonra panel sessiyalar və dəyirmi masalar keçirilib.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.
 

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaq.


London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

Növbəti Bundesliqa matçı TƏXİRƏ SALINDI

Növbəti Bundesliqa matçı TƏXİRƏ SALINDI

Ali Rada Şmıqalın energetika naziri postuna təyinatını RƏDD ETDİ

Ali Rada Şmıqalın energetika naziri postuna təyinatını RƏDD ETDİ

Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

Könül Kərimova ilə Nazilə arasında QALMAQAL - VİDEO

Könül Kərimova ilə Nazilə arasında QALMAQAL - VİDEO

Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Ceyhun Bayramov Hakan Fidanla regionda təhlükəsizlik vəziyyətini MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regionda təhlükəsizlik vəziyyətini MÜZAKİRƏ ETDİ

Ayxan Abbasov millimizin üzvü ilə görüşdü

Ayxan Abbasov millimizin üzvü ilə görüşdü

Ağdərənin yaşlı sakini Prezidenti belə QARŞILADI: “Sənin boyuna qurban” - VİDEO

Ağdərənin yaşlı sakini Prezidenti belə QARŞILADI: “Sənin boyuna qurban” - VİDEO

SON DƏQİQƏ! Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

SON DƏQİQƏ! Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT

Sevillə Sevincdən təsirli PAYLAŞIM: “Bu şəkli görəndə ağladım…” - FOTO

Sevillə Sevincdən təsirli PAYLAŞIM: “Bu şəkli görəndə ağladım…” - FOTO

İranda 297 nəfər SAXLANILDI

İranda 297 nəfər SAXLANILDI

“Barselona” sabiq futbolçusunu geri qaytardı

“Barselona” sabiq futbolçusunu geri qaytardı

Ağdərə sakini Prezidenti qonaq çağırdı - SƏMİMİ DİALOQ

Ağdərə sakini Prezidenti qonaq çağırdı - SƏMİMİ DİALOQ

"Azneft"in istehsalat sahələrində təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLDİ

"Azneft"in istehsalat sahələrində təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLDİ

Azərbaycanda 100-dən çox məktəb bağlanacaq, şagirdlər distant təhsilə keçəcək - DETALLAR

Azərbaycanda 100-dən çox məktəb bağlanacaq, şagirdlər distant təhsilə keçəcək - DETALLAR

“Səbail” hücumçu transfer etdi

“Səbail” hücumçu transfer etdi

Prezident Ağdərənin Çapar kəndindəki ailənin qonağı oldu - VİDEO

Prezident Ağdərənin Çapar kəndindəki ailənin qonağı oldu - VİDEO

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Onlar sevdiklərini təəccübləndirirlər: Sürprizləri sevən 3 BÜRC

Onlar sevdiklərini təəccübləndirirlər: Sürprizləri sevən 3 BÜRC

End of content

No more pages to load

RADİO