Gəncə-Göygöl yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobili ilə “VAZ 2106”markalı maşın toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu