Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun biznesi sürətlə böyüməkdə davam edir və o, hazırda Madriddəki hotelində işləmək üçün əməkdaşlar toplayır.
Bizim.Media xəbər verir ki, bu barədə "Marca" yazır.
Nəşr həmçinin vakansiyaların və onlara verilən maaşların ətraflı siyahısını paylaşıb.
Beləliklə də , "Pestana CR7" hotelinə menecer, xadimə, nəzarətçi, qapıçı, resepsionist və kiçik ofisiant lazımdır. Namizədlərdən yüksək səviyyədə ingilis dili (B2 və ya C1), bəzi hallarda orta və ya ali peşə təhsili tələb olunur.
Bizim.Media