“Ötən gün Beyrutda baş verənlər növbəti siyasi qətldir. ABŞ Prezidenti Co Baydenin bunun düzgün qərar olduğunu dediyini eşitdim. Bu o deməkdir ki, onların münaqişələrdə necə davranmaq və nəyi rəhbər tutmaq məsələsinə münasibəti bir qədər fərqlidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Baydenin Hizbullah liderinin öldürülməsinə münasibəti ilə bağlı şərhində deyib.
“Yadınıza salın ki, Hillari Klinton qana bulaşmış Müəmmər Qəzzafini canlı nümayiş etdirəndə ekrana baxarkən necə heyran olub gülürdü. Yaxud Amerikanın İraqa təcavüzünün başladığı prosesləri şərh edən Madlen Olbrayt deyirdi: “bəli, bəli, 400 min öldü, amma buna dəyərdi, demokratiya buna dəyərdi””, - Lavrov qeyd edib.
Bizim.Media