“Bayer”in futolçusu Viktor Bonifase İngiltərə Premyer Liqasını xoşlamadığını deyib.
Bizim.Media xəbər verir ki, 23 yaşlı nigeriyalı hücumçu “SportyTV”yə müsahibəsində bildirib:
“Mən İngiltərə Premyer Liqasını elə də xoşlamıram. Mən ispan və alman futbolunun tərəfdarıyam. O demək deyil ki, məni yaxşı komanda istəsə, ora keçmərəm. Amma doğrudan da oynamaq və yaşamaq istədiyim iki ölkəni seçə bilsəydim, bunlar Almaniya və İspaniya olardı”.
Qeyd edək ki, Viktor Bonifasenin Leverkuzen təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədərdir.
Bizim.Media