La Liqa “Real”ın futbolçusu Vinisius Juniyora qarşı hazırlanan təqib kampaniyasının səbəbkarların həbsini tələb edib.
Bizim.Media İspaniyanın “As” nəşrinə istinadən xəbər verir ki, La Liqa etdiyi rəsmi açıqlamada irqçilik təbliğatını edən hər bir azarkeşin qanun çərçivəsində həbsini tələb edəcəyini bildirib.
Bu cür halların ölkə futbolunun imicinə zərbə olduğu qeyd olunub.
Qeyd edək ki, sabah keçiriləcək “Atletiko” – “Real” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri oyuna maska ilə gəlib Vinisiusu təhqir etməyi planlaşdırırlar.
Bizim.Media