“Fənərbağça”nın və Türkiyə millisinin sabiq futbolçusu Serhat Akının güllələnməsi ilə bağlı Türkiyənin daxili işlər naziri açıqlama verib.
Bizim.Media daxili işlər naziri Əli Yerlikayanın açıqlamasına istinadən xəbər verir ki, 2 şübhəli şəxs saxlanılıb.
O, əməliyyatla bağlı işin davam etdiyini bildirib.
Qeyd edək ki, hazırda futbol şərhçisi olan Serhat Akın silahlı hücum nəticəsində ayağından yaralanıb.
Bizim.Media