"Hizbullah" lideri Həsən Nəsrullah öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu “X” hesabında məlumat yayıb.
Bildirilib ki, "Hizbullah"ın lideri səhər saat 09:06-da bombardman nəticəsində həyatını itirib.
“Həsən Nəsrullah artıq dünya üçün təhdid yarada bilməyəcək”- paylaşımda qeyd edilib.
Xatırladaq ki, gecə saatlarında İsrail ordusu Nəsrullahı və digər "Hizbullah" komandirlərini hədəf alaraq Beyrutu bombardman etməyə başlamışdı.
Bizim.Media