“Mançester Siti” İngiltərə Premyer Liqasına qarşı ilk məhkəmə işində qalib gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. “Mançester Siti”nin qələbəsi Premyer Liqanın “əlaqədar tərəflər sövdələşməsi” qaydalarına yenidən baxılmasına səbəb ola bilər.
Klub rəhbərliklə əlaqədər şirkətlərlə sponsorluq müqaviləsi imzaladıqda bu qaydanı pozmuş sayılır və ciddi yoxlamaların aparılmasına gətirib çıxarır. Bu qaydalara nəinki yenidən baxıla, hətta ləğv edilə biləcəyi vurğulanır.
Qeyd edək ki, “Mançester Siti” 2009-cu ildən 2018-ci ilə qədər çempionatın 115 maliyyə qaydalarını pozmaqda ittiham edilir.
Bizim.Media