Rusiya üç il ərzində dili bilməməsi səbəbindən 14 min əcnəbiyə miqrasiya statusu verməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Mənbə qeyd edib ki, polis əməkdaşları tərəfindən bu cür müraciətlərə baxılarkən vaxtaşırı rus dilini minimum səviyyədə bilməyən, lakin eyni zamanda müvafiq sertifikatlara malik olan əcnəbiləri müəyyən edirlər.
Qurumdan verilən açıqlamada deyilir ki, rus dilini bilməyən əcnəbilərin yaşayış icazəsi və Rusiya vətəndaşlığı ləğv olunacaq.
Bizim.Media