Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, komanda səfərdə “Qornik Zabrze”nin qonağı olub.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Bu mərhələnin oyunları 1 matçdan ibarət olduğundan komandalar mübarizəni əlavə vaxtda davam etdiriblər. 93-cü dəqiqədə Alvesin vurduğu qol əlavə vaxtda yeganə olub və yekunda 1:0 hesabı ilə qalib gələn həmyerlimizin komandası 1/16 finala vəsiqə qazanıb.
Meydana start heyətində çıxan Rahil 120 dəqiqəni əvəzolunmadan keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media