Qurban Qurbanov “Tottenhem”lə oyun HAQDA: “Bizim üçün böyük təcrübədir”

"Əfsuslar olsun ki, yerli jurnalistlərdən heç kim burada yoxdur. Sadəcə bizim iki çox dəyərli jurnalistimiz buradadır. “Tottenhem” haqda çox danışmağa bir o qədər ehtiyac yoxdur. Çünki dünyanın ən güclü çempionatında iştirak edən komandaya qarşı oynayacağıq. Hansı ki, həmişə liderlər sırasında olub". 

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

"Oyuna hazırıq. Sabah yəqin ki, çalışacağıq çox düzgün, çox səliqəli, çox intizamlı oynayaq. Bizim üçün böyük təcrübədir. Belə stadionda, belə azarkeş qarşısında oynamaq hər bir futbolçumuzun böyüməsi üçün böyük təcrübədir. Sabah futbolçular çox güc sərf edərək, mütləq şəkildə yaxşı oyun göstərməyə çalışacaq" - deyə o bildirib.

Mütəxəssis 2015-ci ildə "Qarabağ"ın Londonda "Tottenhem"ə 1:3 uduzduqları oyun barədə bunları söyləyib:

"Həmin matç tam olaraq yadımdadır. Bəli, 1:3 uduzmuşduq. O vaxt da "Tottenhem" yaxşı kollektiv idi, yaxşı baş məşqçisi var idi. Amma bugünkü "Tottenhem" daha dinamik, daha sürətlidir. Yeni baş məşqçi gələndən sonra bəlkə də, Premyer Liqanın ən sürətli, pressinq edən komandalarından birinə çevriliblər. O vaxtkı "Tottenhem"lə indiki tamam fərqlidir. Tam fərqli oyun fəlsəfəsi var".

Q.Qurbanov "Dinamo"(Zaqreb) Çempionlar Liqasında “Bavariya”ya 2:9 uduzduqdan sonra Azərbaycanda çoxlarının yaxşı ki, "Qarabağ"ın ÇL-də olmadı" fikirlərini səsləndirməsinə belə münasibət bildirib:

"Məncə, bu barədə düşünmək artıq gecdir. Bu gün Avroliqadakı komandaların 70 faizi Çempionlar Liqasındakı komandalardan fərqlənmir. ÇL səviyyədə oynayan komandalardır. Bu barədə düşünmürəm, düşünmək də istəmirəm. Əgər bu gün AL-də oynayırıqsa, o biri turnir barədə düşünməyimiz doğru olmaz.

ÇL-ə düşsəydik, necə olardı, düşməmişik yaxşıdır kimi düşüncələrlə işimizi qurmalı deyilik. Əksinə, istənilən turnirdə ən yuxarılarda olmağa çalışmışıq. Layiqincə mübarizə aparmaq istəmişik. Böyükhesablı məğlubiyyətə gəldikdə, belə hallara tez-tez rast gəlirik. Bu gün futbol bir az fərqli yöndə gedir, inkişaf edir. Böyük komandaların bu cür rəqiblərə, bizə böyük hesabla qalib gəlmək ehtimalları çoxdur. Biz də hər oyuna tam ciddi, tam diqqətli hazırlaşırıq".

O,"Tottenhem" haqda açılacaq sirr olmadığını vurğulayıb:

"Rəqibin sirləri çoxdur. Bu barədə hansısa fikir bildirə bilməyəcəm".

Xatırladaq ki, "Tottenhem" - "Qarabağ" görüşü sentyabrın 26-sı, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

"Neftçi" cari mövsümdə ilk qələbəsini qazandı - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

“Öz ölkənə qayıt”: Marneulidəki qalmaqalla bağlı yeni detallar - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Azərbaycan və Ermənistan musiqi müsabiqəsində bir-birinə 10 bal verdi - VİDEO

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Şəmistan Nəzirlinin məzarı üstündə “Ruhani” ifa etdi - VİDEO

Bu ilin ikinci Günəş tutulması başladı

Bu ilin ikinci Günəş tutulması başladı

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Oğuzda piyadanı avtomobil vurub öldürdü

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

Bu avtomobillərin qiyməti artacaq? - VİDEO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025"in qalibi oldu - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Hakimliyə namizədlər imtahan verdi - FOTO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Aybəniz Haşımovanın qızı Aynişan yeni aldığı LÜKS EVİNİ GÖSTƏRDİ - VİDEO

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Açıq Avropa Turnirində Azərbaycanı təmsil edəcək cüdoçular - ADLAR

Tramp uşaqlıq arzusundan danışdı

Tramp uşaqlıq arzusundan danışdı

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Bu tarixlərdə doğulanlar paxıl və qısqanc olurlar

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Pərvin Abıyeva: “Ölüm yox, unudulmaq məni öldürür”

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

Süni mayalanmada ailələr üçün maneə yaradan faktor

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

“Qarabağ” “Araz-Naxçıvan”ı darmadağın etdi - VİDEO

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Ordubadda qarın hündürlüyü 19 cm-dir

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlandı

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Londona uçan təyyarə Bakıda məcburi eniş etdi

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Rusiya ordusu görün indi nəyə əl atır? - ANBAAN VİDEO

Suriya Prezidenti ABŞ-dadır

Suriya Prezidenti ABŞ-dadır

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Ermənistanda “Dəyənək” adlı partiya yaradılacaq

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

Alim Qasımov və Fərqanə Qasımova “Formula 1”də Azərbaycan himnini ifa etdilər - VİDEO

End of content

No more pages to load

RADİO