Azərbaycan Basketbol Liqasında yeni mövsümə hazırlaşan “Naxçıvan” və “Ordu” klubları arasında yoldaşlıq görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, görüş Memarlıq və İnşaat Universitetinin idman zalında baş tutub.
Qarşılaşma “Naxçıvan”ın 66:57 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, ABL-də yeni mövsüm oktyabrın 18-də başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media