"Fənərbaxça" basketbol üzrə Türkiyə milli komandasına oyunçu göndərməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Milli komandanın və "Panatinaikos"un baş məşqçisi Ergin Atamanın davranışına görə klub bu qərarı verib.
Ataman "Panathinaikos"un "Qalatasaray"la yoldaşlıq oyununda tribunalara əli ilə 3:1 jestini göstərib. O, bununla ötən həftə futbol üzrə Superliqada "Qalatasaray"ın "Fənərbaxça"nı 3:1 hesabı ilə məğlub etməsinə işarə edib.
"Fənərbaxça" Ergin Atamanın baş məşqçi olduğu müddətdə klubun milliyə oyunçu göndərməyəcəyini bəyan edib.
Rəşad Rafiqoğlu, Bizim.Media