Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyan məhv edilib.
Bizim.Media “Haqqın.az”-a istinadən bildirir ki, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.
Qeyd edək ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N.Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.
Bizim.Media