“Xankəndi” klubunun “İrəvan”la eyni taleyi yaşamaması üçün NƏ EDİLMƏLİDİR? – Ekspertlərdən AÇIQLAMA

Məlum olduğu kimi, Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb. 

Bu barədə sentyabrın 24-də klubun təsisçilərindən olan Vasif İsmayılov məlumat verib.

O bildirib ki, yeni yaradılan klub AFFA Region Liqasında mübarizə aparacaq:
 

MÖVZU İLƏ BAĞLI:

"Xankəndi" futbol klubu YARADILDI


“Xankəndi” klubu ev oyunlarını Şamaxı İdman Olimpiya Kompleksinin Stadionunda keçirəcək. Məşqlərimiz isə Bakıda keçiriləcək. Hazırda heyət formalaşdırılıb, məşqlərə start vermişik. Baş məşqçi isə iki həftədən sonra açıqlanacaq”

Təbii ki, Xankəndinin adını daşıyan futbol klubunun yaradılması təqdirəlayiq haldır. 

İnanmaq istərdik ki, “Xankəndi” komandası yaxın zamanda Azərbaycanın futbol cameəsində özündən söz etdirə biləcək. Amma məsələ ilə bağlı müəyyən narahatlıqlar da var. 

Çünki son bir neçə ildə yeni yaradılan Şuşanın “Xarı bülbül” və Qərbi Azərbaycanın “İrəvan” komandaları çox üzücü vəziyyətlə üzləşdi. Ona görə də “Xankəndi”nin anoloji taleyi yaşamaması üçün bəri başdan zəruri addımlar atılmalıdır.

Bizim.Media məsələ ilə bağlı idman ekspertlərinin fikirlərini öyrənib. 

“İdman Azərbaycan” televiziyasının şərhçisi Rəşad Rafiqoğlu bildirib ki, “Xankəndi” klubunun yaranması gözlənilən idi:

“Çünki bu bölgənin futbol sahəsində təmsil olunmağa haqqı çatır. Şəhərdə həm də yaxşı stadion var və orada artıq Azərbaycan kubokunun final matçı da keçirilib. Ancaq sözün düzü, komandanın ev oyunlarını Xankəndində keçirməməsi bir qədər qaranlıq qaldı. Kluba ancaq uğurlar arzulamaq qalır. İnanaq ki, onlar tezliklə məhz doğma şəhərlərində oynayacaqlar. 

Onlara Region Liqasından Azərbaycanın yüksək liqasına qədər irəliləməyi arzulayıram. Belə klubların yaranmağı yaxşı haldı. Ancaq bəzən görürsən ki, “İrəvan” kimi klublar yaradılır, ancaq uzun ömürlü olmur. İstəməzdim ki, “Xankəndi” belə klublardan olsun. Ona görə də, klubda işlər mütləq peşəkar səviyyədə qurulmalıdır. Belə olan təqdirdə, komandanı heç bir təhlükə gözləmir”.

“İşə ciddi yanaşmaq lazımdır”

“Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov isə qeyd edib ki, Xankəndi"nin yaradıldığı haqda dünən məlumat çıxıb: 

“Hələ təqdimat olmayıb, tanımırıq idarəçiləri. Lakin vəziyyətə görə həssas adlardan sayılır. Nəzərə almaq lazımdır ki, bunadək "İrəvan" qismində pis nümunə olub, bundan sonra aidiyyəti funksionerlər daha ciddi yanaşmalıdır. "Xankəndi"nin ev oyunlarının Şamaxıda keçiriləcəyi artıq təəccüblə qarşılanıb. Bu cür məsələləri həssaslıqla nizamlamaq lazımdır”.

“İnanırıq ki, klubun taleyi “İrəvan” kimi olmayacaq”

“Presssport.az” saytının baş redaktoru Mehman Süleymanov isə bildirib ki, “Xankəndi” klubunun yaradılması dünənin ən səs-küylü və sevindirici futbol xəbəri oldu:

“Əslində, Xankədimizə qovuşandan sonra onun adını daşıyan komandanın yaradılmasını gözləyirdik. “Xankəndi”ni yaratmaq və təmsil etmək doğrudan da qürurverici məqamdır. İndi qalır belə bir adlı komandanı, klubu inkişaf etdirmək, peşəkar liqalarda çıxış etməklə irəliyə aparmaq. 

İnanırıq ki, bu adı seçənlər işlərini məsuliyyətlə yerinə yetirəcəklər və ən əsası, arzuolunmaz gedişat, “Xarı bülbül” və “İrəvan” komandalarının taleyi kimi olmayacaq. Bizlər üçün belə bir dəyərli adları qorumaq vacibdir. Buna görə klubdakıların işlərinə peşəkar yanaşması, əvvəl görülən uğursuz işlərdən nəticə çıxarmaları ən vacib amillərdən biridir. 

İndi əsas müzakirə olunan məsələlərdən biri çıxışına Region Liqasından başlayacaq “Xankəndi”nin ev oyunlarını Şamaxıda keçirməsidir.

Bəli, hamımıza məlumdur ki, Xankəndidə gözəl stadion var. Hansı ki, keçən ilin dekabrın 21-də orada rəsmi matç - Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qarabağ" - MOİK oyunu keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də izlədiyi arenada bizlər tarix hadisəyə, futbol bayramına şahidlik etmişdik. 

“Xankəndi”nin rəqiblərini doğma məkanda qəbul etməsi hazırda mümkün deyil. Çünki klub tərəfindən bildirilib ki, dövlətimizin siyasəti var və hazırda işğaldan azad olunan torpaqlarımıza gediş-gəliş icazəli şəkildə həyata keçirilir. Düşünürəm ki, yaxın gələcəkdə “Xankəndi”nin ev oyunlarını doğma şəhərdə keçirməsilə bu məsələ də həllini tapacaq”.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

İlk dəfə qadın kilsə rəhbəri təyin edildi - FOTO

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

Almaniya millisinin üzvü “Fənərbağça”ya keçir

İranda əsgərlik yaşı 12-yə endirildi

İranda əsgərlik yaşı 12-yə endirildi

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Hindistanda dəhşətli qəza: On dörd nəfər diri-diri yandı

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

End of content

No more pages to load

RADİO