Gəncədə avtomobilillərdən birinin düzgün manevr etməməsi yol-nəqliyyat hadisəsi ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Nizami prospektində, RAMADA PLAZA-nın yaxınlığında baş verib.
Hərəkətdə olan Ford markalı orta tonnajlı yük avtomobili ilə "Toyota Prius" markalı maşının toqquşması nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə yerinə DYP-nın əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu