Azərbaycan Premyer Liqasının təxirə salınan “Sabah” - “Zirə” matçının vaxtı dəqiqləşib.
Bizim.Media “Apasport”-a istinadən bildirir ki, IX turun bu gün keçirilməli olan oyunu noyabrın 8-də baş tutacaq.
“Sabah”ın futbolçularında koronavirus aşkarlandığı üçün təxirə salınan matç saat 17:00-da “Bank Respublika Arena”-da start götürəcək.
Bizim.Media