İran prezidenti Məsud Pezeşkian Tehranın Moskvaya ballistik raketlər verməsini inkar edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Onun sözlərinə görə, İran Rusiyanın Ukraynaya təcavüzünü heç vaxt dəstəkləməyib:
"Ukraynadakı müharibə ilə bağlı avropalılar və amerikalılarla danışıqlar masasına oturmağa hazırıq. Biz heç vaxt Rusiyanın Ukrayna ərazisinə təcavüzünü dəstəkləməmişik”, - deyə o bildirib.
Sentyabrın 16-da keçirdiyi mətbuat konfransında Pezeşkian Rusiyaya iddia edilən raket tədarükü ilə bağlı sualı cavablandırarkən deyib:
“Ola bilsin ki, əvvəllər belə tədarüklər olub. Amma sizi əmin edə bilərəm ki, mən vəzifəyə gəldiyim vaxtdan Rusiyaya belə tədarüklər olmayıb”.
Bizim.Media