Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya-1” kanalında “Vladimir Solovyovla axşam” müəllif şousunun növbəti buraxılışı zamanı Rusiyanın Ali Baş Komandanı, prezident Vladimir Putinin istefaya göndərilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, Solovyov bunu cəbhədəki problemlərin həlli üçün mümkün tədbirlərdən biri ilə əlaqələndirib.
“Problemi həll etməyi bacaranları vəzifələrə təyin etmək lazımdır. Və onların hansı nazirlikdə olmasının, nə adlandırılacaqlarının heç bir əhəmiyyəti yoxdur. Pişiyin hansı rəngdə olmasının fərqi yoxdur, əsas odur ki, siçanları tutur.
Gəlin konkret həllərə keçək. Hətta lazım gələrsə, Ali Baş Komandanın istefasını tələb edək.
Dostlarımın dediyi kimi, belə qərarlar qəbul etmək mənim maaşımla həll ediləsi məsələ deyil, amma yenə də böyük dövrlərin təcrübəsində əldə etdiyimiz ən yaxşı şeyləri götürək və indi o üsullardan istifadə edək", Solovyov bildirib.
Bizim.Media