Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Nyu-Yorka səfəri ilə bağlı video yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
“Ukraynanın birinci xanımı Yelena Zelenskayanın dəvəti ilə mən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində “Uşaqların gələcəyini təmin etmək: Yumşaq güc üçün yeni çağırışların həlli” adlı sammitdə iştirak etdim”, - deyə Akopyan qeyd edib.
Bizim.Media