"Real"ın sabiq qapıçısı Keylor Navas "Barselona"nın təklifini nəzərdən keçirməyə hazırdır.
Bizim.Media xəbər verir ki, sağ dizinin bud nahiyəsində tam yırtıq olan əsas qapıçı Mark-Andre ter Ştegen 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq.
"Mundo Deportivo" yazıb ki, 37 yaşlı qolkiper oynamaq istədiyi üçün Kataloniya klubuna potensial keçidə açıqdır. Qeyd olunur ki, maaş məsələsi onun üçün problem deyil.
Navas ötən mövsümün sonunda PSJ-dən ayrıldıqdan sonra azad agentdir.
Bizim.Media