Bu gün gecə saatlarında Rusiya Federasiyasının Krasnodar diyarında yerləşən silah-sursat anbarına pilotsuz uçuş aparatları vasitəsilə hücum edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər teleqram kanallarında yayılıb.
Regional hakimiyyət orqanlarının məlumatına görə, diyarın Tixoretski rayonundakı əhali PUA-ların törətdiyi partlayışa görə təxliyə edilir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu gecə 101 PUA-nın vurulduğunu açıqlayıb.
Bizim.Media