BMT İsrail və Livana son günlər şiddətlənən münaqişəni dərhal dayandırmaqla bağlı çağırış edib.
Bizim.Media xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bu gün keçirdiyi brifinq zamanı bildirib.
“Mavi xətt”də artan eskalasiyadan çox narahatıq. Biz bütün tərəfləri dərhal gərginliyi azaltmağa çağırırıq”, - deyə Düjarrik qeyd edib.
Bizim.Media