Mayın 16-da yerli vaxtla saat 12:24-də Yaponiyanın Hokkaydo adasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Bizim.Media Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Kuşiro şəhərindən 101 kilometr cənub-şərqdə, ocağı 60 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bizim.Media