İlham Əliyevdən neft sənayesi işçilərinə TƏBRİK

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir: 

"Hörmətli neft sənayesi işçiləri! 

Sizi böyük iftixar hissi ilə “Əsrin müqaviləsi”nin 30 illiyi və peşə bayramınız − 20 Sentyabr Neftçilər Günü münasibətilə ürəkdən təbrik edirəm! 

Ölkəmiz üçün əlamətdar tarixi hadisə olan “Əsrin müqaviləsi” və Neftçilər Günü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 

Otuz il öncə Ulu Öndərin uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla birlikdə reallaşdırılan iri layihələr enerji xəritəsində ölkəyə strateji mövqe qazandırmaqla yanaşı, dünya enerji təchizatının sabitliyinə də töhfə verdi. 

Ümummilli Lider bu böyük layihəni həyata keçirməklə Azərbaycanın gələcək nəsillərinə iqtisadi müstəqillik və davamlı inkişaf mirası qoydu. Ötən 30 ildə ölkə iqtisadiyyatı gücləndi, Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi möhkəmləndi. İri xarici sərmayələr cəlb olundu, infrastruktur müasirləşdi, yeni iş yerləri yaradıldı və əhalinin həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdı. 

Azərbaycan neft-qaz sektorunun inkişafı, şaxələndirilmiş enerji siyasəti, müasir enerji infrastrukturu və beynəlxalq əməkdaşlıq sayəsində etibarlı tərəfdaşa və nümunəvi ölkəyə çevrilib. Artıq dünyanın on ölkəsini mavi yanacaqla təchiz etməsi və enerji layihələrinin əhatə dairəsini davamlı genişləndirməsi regionda ölkəmizin əhəmiyyətini artırır, həmçinin yeni iqtisadi sahələrin inkişafına imkanlar yaradır. 


Qlobal çağırışları nəzərə alaraq, Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni təşəbbüslər həyata keçirir.

“Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri dayanıqlı enerji mənbələrindən geniş istifadə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı baxımından fürsət olmaqla, qlobal ekoloji problemlərin həllinə mühüm töhfə verəcəkdir. 
 

Daim inkişaf edən neft-qaz sektoru hazırda yeni tarixi dövrünü yaşayır. Ötən illər ərzində qazanılan böyük uğurlar enerji sahəsinin inkişafı və onun təməli olan “Əsrin müqaviləsi” ilə bilavasitə bağlıdır. 


Sizin Azərbaycan neft sənayesindəki uğurlarınızın gələcək nəsillərə də örnək olacağına inanıram. Əminəm ki, fədakar əməyinizin bəhrələri hələ uzun illər xalqımıza xidmət edəcək. Bu yolda hər birinizə yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram!". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Paytaxtın bəzi yerlərində TIXAC VAR - FOTO

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

Rusiyalı generalı qətlə yetirən erməniyə AĞIR CƏZA

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

“Karvan-Yevlax” üç futbolçu ilə YOLLARINI AYIRDI

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Xankəndidə TARİXİ GÜN – Onlar doğma yurdlarına qovuşdu – VİDEO

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Əllər niyə üşüyür? – Səbəbləri açıqlandı

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir? - ARAŞDIRMA

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Qazaxıstandan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ BƏYANAT

Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? - Ağ Evdən AÇIQLAMA

Sülh Şurasına indiyədək neçə dünya lideri daxil olub? - Ağ Evdən AÇIQLAMA

Timoşenkonun əmlakına həbs qoyuldu

Timoşenkonun əmlakına həbs qoyuldu

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Azərbaycana təşəkkür etdi

Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Satıcının almasını aparan Samir Bədəlov: “Bir də belə hala yol verməyəcəm”

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü TUTULDU

Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü TUTULDU

2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

2 nəfərin 3 milyon manatını mənimsəyən şəxsin məhkəməsi başladı

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Populyar arıqlama çayları ilə bağlı TƏHLÜKƏ – Ana olmaq istəyən qadınlara XƏBƏRDARLIQ

Ucarda ev yanaraq külə döndü – FOTO/VİDEO

Ucarda ev yanaraq külə döndü – FOTO/VİDEO

Qızının hamiləlik paylaşımından danışdı – FOTO

Qızının hamiləlik paylaşımından danışdı – FOTO

Solovyovun oğlu ərə getdi – FOTO

Solovyovun oğlu ərə getdi – FOTO

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

Rüfət Abbasov Kipr klubunun TRANSFER HƏDƏFİNDƏ

Bu pensiyalar 53 manat artırılır

Bu pensiyalar 53 manat artırılır

Bəşər Əsədin əmisi öldü

Bəşər Əsədin əmisi öldü

"Karqo Şamil"in görünməyən üzü... - FOTO

"Karqo Şamil"in görünməyən üzü... - FOTO

Ötən il Bakıda neçə cinayət törədilib?

Ötən il Bakıda neçə cinayət törədilib?

Ronaldonun heykəlini yandırdılar - VİDEO

Ronaldonun heykəlini yandırdılar - VİDEO

End of content

No more pages to load

RADİO