"Sünik (Zəngəzur) mahalının Xndzoresk icması yaxınlığında aparılan danışıqlar bu gün nəticəsiz bitib".
Bizim.Media xəbər veri ki, bunu News.am-a müsahibəsində Sünik bölgəsinin Akner kəndinin bələdiyyə sədri Spartak Minasyan deyib.
O bildirib ki, danışıqların sabah davam edib-etməyəcəyi ilə bağlı onda məlumat yoxdur.
Qeyd edək ki, bu gün aparılan danışıqlarda Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov iştirak edib.
Xatırladaq ki, sərhədin demarkasiya və delimitasiyası çərçivəsində aparılan işlərlə bağlı Ermənistanın yaratdığı gərginlikdən dolayı danışıqların bu gün saat 15:00-da davam etdiriləcəyi bildirilmişdi.
Bizim.Media